İcazəsiz postlardan keçməyə cəhd edən sürücülər saxlanıldı

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ümumilikdə 175 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Sputnik

BAKI, 16 dekabr — Sputnik. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, 15.12.2020-ci il saat 08:00-dan 16.12.2020-ci il 08:00-dək olan müddət ərzində xeyli sayda avtomobil hüquq=mühafizə orqanlarınını əməkdaşları tərəfindən saxlanılıb. 

Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, ümumilikdə 175 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Belə ki, Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 20-si rayon, 20-si paytaxt istiqamətinə olmaqla 40, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 35-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 75, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 40-ı rayon, 20-si paytaxt istiqamətinə olmaqla 60 avtomobil geri qaytarılıb.