Dekabrın 14-də 2020-ci ilin ikinci Günəş tutulması başa çatıb.
Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edib. Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Antarktidada, Atlantik və Sakit okeanda müşahidə olunub. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə edilib.
Azərbaycanda bu hadisə müşahidə olunmayıb. Tutulmanın maksimumu dekabrın 14-də saat 20:15-də olub.
Bu nadir astronomik hadisəyə və dünyanın müxtəlif yerlərində insanların onu necə müşahidə etdiyinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.