BAKI, 16 dekabr — Sputnik. "Pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir göstərib. Bəzi tibb müəssisələrində isə tibb işçilərinin çatışmazlığı müşahidə edilir".
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O qeyd edib ki, hazırda təcili tibbi yardım maşınları da COVID-ə yoluxma sayının artması ilə əlaqədar olaraq gərgin işləyirlər: "Tibb işçilərinin təhlükəsizliyi çox vacibdir, onlar arasında yoluxma və ölüm var. Bu amil həm də stresslə bağlıdır. Qeyd edim ki, bəzi bölgələrdə laboratoriyaların yüklənməsinə görə bəzi test cavabları gecikir”.