BAKI, 16 dekabr — Sputnik. Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo ABŞ-da qurumlara müdaxiləni şərh etməkdən imtina edib, lakin bəyan edib ki, Rusiya kiber məkanda çağırış olduğunu bildirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
"Mən onların (Rusiya-red.) daha aqressiv olduqlarına əmin deyiləm. Bu nəsə daimi bir şeydir. Rusiyanın ABŞ-da bizə qarşı kiber potensialından istifadə etmək səyləri daima davam edir. Mən bunu uzun müddət ərzində görmüşəm", - deyə Pompeo qeyd edib.
O, həmçinin yenidən Rusiyanı ABŞ-da seçkilərə müdaxilə etməkdə ittiham edib: "Onlar 2008, 2012, 2016-cı illərdə bizim seçkilərə müdaxilə etməyə cəhd etdilər. Biz 2020-ci ildə bunun öhdəsindən gəldik. Bu real çağırışdır. Biz rusları bədəl ödəməyə məcbur etdik. Biz onları bu pisniyyətli fəaliyyəti bitirməyə çağırdıq. Onlar real çağırışdır".