QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhid polkovnik Şükür Həmidov medala layiq görüldü

Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib.
Sputnik

BAKI, 15 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularını medalla təltif edib.

Sputnik Azərbaycan bildirir ki, Prezidentin imzaladığı Sərəncamla təltif olunanlar arasında şəhid polkovnikimiz Həmidov Şükür Nəriman oğlu da var. O, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd edək ki, Şükür Həmidov oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib.