BAKI, 15 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularını ordenlə təltif edib.
Sputnik Azərbaycan bildirir ki, Prezidentin imzaladığı Sərəncamla təltif olunanlar arasında polkovnik Tehran Mənsimov da var. O, “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Qeyd edək ki, hərbçilərimiz “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni, 1-ci, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.