MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə qeyri-adi sərgi

Sərgi milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim etmək, Azərbaycan təsviri sənətinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinə yenidən diqqəti artırmaq məqsədilə həyata keçirilib.
Sputnik

BAKI, 15 dekabr — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində" adlı virtual sərgi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərgi milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim etmək, Azərbaycan təsviri sənətinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinə yenidən diqqəti artırmaq məqsədilə həyata keçirilib.

Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda olan Tahir Salahovun "Küləkli Nardaran", Nadir Əbdürrəhmanovun "Xalça toxuyan", Rasim Babayevin "Ailə", Toğrul Nərimanbəyovun "Görüş", Maral Rəhmanzadənin "Gözəl kəndimiz", Altay Hacıyevin "Qədim qab-qacaq seriyası. Səhənglər", Xanlar Əhmədovun "Yaralı əsgər", Həyat Abdullayevanın "Vəcihə Səmədovanın portreti", Ömər Eldarovun "Neftçilər" və s. adlı qiymətli əsərləri yer alıb.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.