SƏHİYYƏ

COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycanda indiyədək ümumilikdə 183 259 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 119 005 nəfər müalicə olunaraq sağalıb, 2 007 nəfər vəfat edib, aktiv xəstə sayı 62 247 nəfərdir.
Sputnik

BAKI, 15 dekabr — Sputnik. "Bu gün 17 min 231 test aparılıb, yoluxanların sayı isə 4 min 273 nəfər olub". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahı tərəfindən təşkil olunan brifinqdə deyib. O bildirib ki, bu günə olan statistikaya görə, 15 dekabrda sağalanların sayı 4164 nəfər olub.

Analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 183 259 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 119 005 nəfər müalicə olunaraq sağalıb, 2 007 nəfər vəfat edib, aktiv xəstə sayı 62 247 nəfərdir.