CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda vaksinasiya pulsuz olacaq

"Evdə özünəmüalicə ilə ağırlaşma çoxdur. 47-48 tibb müəssisəsi pandemiya ilə mübarizəyə cəlb olunub və biz bu işin öhdəsindən gəlirik" - Ramin Bayramlı
Sputnik

BAKI, 15 dekabr — Sputnik. "3 milyonadək insanı nə qədər tez vaksinasiya edə bilsək, bir o qədər də immunitet yaratmış olacağıq". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin Operativ Qərargahının bu gün jurnalistlər üçün təşkil olunan brifinqində deyilib. Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, bununla əlaqədar olaraq artıq bir sıra qurumlar birgə fəaliyyətə qoşulacaq.

Qeyd olunub ki, vaksinasiya pulsuz olaraq həyata keçiriləcək.

TƏBİB sədri Ramin Bayramlı isə çarpayı problemindən danışıb: "Evdə özünəmüalicə ilə ağırlaşma çoxdur. Xəstəxanaların sayı ilə bağlı qeyd edim ki, 47-48 tibb müəssisəsi pandemiya ilə mübarizəyə cəlb olunub və biz bu işin öhdəsindən gəlirik".