SƏHİYYƏ

Azərbaycan artıq seçim qarşısındadır - Səhiyyə Nazirliyi

Qasımov bildirib ki, vaksinlərin seçilməsində əsas meyar onun təhlükəsizliyi, inaktivliyi, sterilliyi və digər amillərdir. Nazirlik rəsmisi qeyd edib ki, yalnız bundan sonra həmin vaksinlərin idxalına icazə verilə bilər.
Sputnik

BAKI, 15 dekabr — Sputnik. "Azərbaycan KOVAKS təsisatına qoşulub, ÜST oların vaksinlərinə müsbət rəy verəcəksə, onlardan vaksinlər alınacaq. Bundan başqa, digər vaksinlər də nəzərdə keçirilir. İkitərəfli danışıqlarda biz qardaş Türkiyə ilə daha yaxından əməkdaşlıq edirik". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Viktor Qasımov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın jurnalistlər üçün təşkil olunan brifinqində deyib.

O bildirib ki, vaksinlərin seçilməsində əsas meyar onun təhlükəsizliyi, inaktivliyi, sterilliyi və digər amillərdir. Nazirlik rəsmisi qeyd edib ki, yalnız bundan sonra həmin vaksinlərin idxalına icazə verilə bilər.

V.Qasımov bildirib ki, ənənəvi vaksinlər +2 və +8, - 2 dərəcədə saxlanılır: "Bunun üçün peyvənd məntəqələrinin yaradılması tam təmin ediləcək".