BAKI, 15 dekabr — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Cəbrayılın Süleymanlı kəndindən video paylaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, o bu barədə özünün "Twitter" hesabından paylaşdığı görüntülərdə qeyd edib:
"Cəbrayıl rayonunun Süleymanlı kəndində 1893-cü ildə inşa edilmiş, Ermənistan işğalı nəticəsində dağıdılan bina...
Mütəxəssislərimiz girişin üstündəki yazıları müəyyənləşdirməyə çalışır. Qarabağın azad edilmiş ərazilərində mədəni mülklərin monitorinqi davam edir".
https://twitter.com/Anar_Karim/status/1338772570041102336