BAKI, 14 dekabr — Sputnik. Ötən gün Azərbaycan alpinistləri 2783 m hündürlüyü olan dağın yüksəkliyində Böyük Vətən müharibəsində, zəfər uğrunda döyüşlərdə şəhidliyə yüksəlmiş 2783 igidimizin xatirəsinə bu lövhəni ucaldıblar.
Sputnik Azərbaycan-ın xəbərinə görə, alpinistlər Xınalıq kəndi yaxınlığındakı ərazini seçiblər.
Bura turist yolu olduğu üçün yolu düşənlər şəhidlərimizin ruhuna dualar oxuyub, onlar haqqında ölkəmizin qonaqlarına bəhs edə biləcəklər.