Ermənistan yasda, Paşinyanın getmək fikri yoxdur

"Mən aydın şəkildə demişəm ki, xalqın mənə verdiyi statusu yalnız xalqın iradəsinin etibarlı nəticələri əsasında rədd edə bilərəm" - Nikol Paşinyan.
Sputnik

BAKI, 14 dekabr — Sputnik. Ermənistan Qarabağda verdiyi itkilərlə bağlı dekabrın 19-u üçgünlük matəm elan edəcək. Sputnik Ermınistan xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.

O qeyd edib ki, məhz həmin gün Qarabağda müharibənin dayandırılmasından 40 gün keçir.

Paşinyan, həmçinin vurğulayıb ki, istefa vermək niyyətində deyil: "Mən aydın şəkildə demişəm ki, xalqın mənə verdiyi statusu yalnız xalqın iradəsinin etibarlı nəticələri əsasında rədd edə bilərəm. Belə bir iradə olmadığı müddətcə baş nazir funksiyasını yerinə yetirməyə davam edəcəyəm".

Ermənistan Baş naziri, həmçinin vurğulayıb ki, onun və ailəsinin xaricdə heç bir mülkü yoxdur.