ELM

İkinci Günəş tutulması baş verir

Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Antarktidada, Atlantik və Sakit okeanda müşahidə olunacaq.
Sputnik

BAKI, 14 dekabr - Sputnik. İlin ikinci Günəş tutulması başlayıb. Bu, artıq tam Günəş tutulmasıdır.

Sputnik Azərbaycan xəbər verir ki, saat 17:34-də başlayan tutulma hadisəsi saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək.

Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Antarktidada, Atlantik və Sakit okeanda müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə ediləcək.  

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.