RUSİYA

Rusiya İslamın qəbul edilməsinin 1100-cü ildönümünə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin bu bayram münasibəti ilə tədbirlərin keçirilməsinə dair tapşırıq verib.
Sputnik

BAKI, 14 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin hökumətə və Tatarıstan rəhbərliyinə 1 fevral tarixinədək Volqa bulqarları tərəfindən İslamın qəbul edilməsinin 1100-cü ildönümünün qeyd olunmasına dair təkliflər verməyi tapşırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, 2022-ci ildə Rusiyada İdil bulqarlarının (Volqa bulqarları) İslam dinini qəbul etməsinin 1100-cü ildönümü olacaq.

Odur ki, Rusiya prezidenti bu bayram münasibətilə müvafiq tədbirlərin keçirilməsinə dair tapşırıq verib.

"Rusiya hökumətinə və Tatarıstan Respublikasının Nazirlər Kabinetinə bu məsələdə marağı olan dini təşkilatların iştirakı ilə Volqa Bulqarlarının İslam dinini qəbul etməsinin 1100-cü ildönümünə dair birgə təkliflər hazırlamaq tapşırılıb", -məlumatda bildirilir.

Putninin imzaladığı Sərəncamın icrası üçün son tarix 1 fevral 2021-dir. İcraya məsul şəxslər Rusiyanın Baş Naziri Mixail Mişustin və Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdur.

Qeyd edək ki, İdil bulqar türkləri 922-ci ildə İslamı qəbul ediblər. İdil Bulqar dövləti Volqaboyu ərazidə yerləşib. Ərəb xilafəti və Bizansla ticarət əlaqəsi saxlayıb. 919-cu ildə dövlət başçısı Bağdada İslamı qəbul etmək istdikləri barədə səfir göndərib. 922-ci ildə Xan Almuş İslamı İdil Bulqarın dövlət dini elan edir.