QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Doqquz azərbaycanlı əsirə qarşı Ermənistana 40 əsir təhvil verilib

Yaralı şəkildə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun hərbçisi Amin Musayev və daha 8 əsir əsir vətənə gətirilib.
Sputnik

BAKI, 14 dekabr — Sputnik. İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun hərbçisi Amin Musayev Vətənə gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, A.Musayev hazırda Bakıda həkim nəzarəti altındadır.

A.Musayevlə yanaşı digər əsir və girovlar, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib.

Bu gün erməni əsirliyindən azad olunaraq Vətənə gətirilən əsir və girovlar bunlardır:

Emin Baxşəliyev

Amin Musayev

Yəhya Abdinov

Şərif Əliyev

Ömər Ələkbərov

Nurəddin Yolçuyev

Bayram Kərimov

Şahbaz Quliyev

Dilqəm Əsgərov.

Xatırladaq ki, A.Musayev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı ermənilər tərəfindən əsir götürülmüşdü.

Bu arada 40-dan çox erməni əsirin Yerevan hava limanına endiyi bildirilib. Bu barədə qondarma "DQR"-in başçısı Araik Arutyunyan öz Facebook səhifəsində yazıb.