Dünyada ilk dəfə dövlət başçısı koronavirusdan ölüb

52 yaşlı siyasətçidə koronavirus noyabrın ortalarında aşkarlanmışdı, lakin həmin vaxt bildirilmişdi ki, onda xəstəliyin simptomları müşahidə olunmur və o, özünü yaxşı hiss edir.
Sputnik

BAKI, 14 dekabr — Sputnik. Dünyada ölkə liderinin koronavirusdan ölümünə dair ilk fakt qeydə alınıb. Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir ki, Esvatininin Baş naziri Mandvulo Ambrouz Dlamini COVID-19-un qurbanı olub.

52 yaşlı siyasətçidə koronavirus noyabrın ortalarında aşkarlanmışdı, lakin həmin vaxt bildirilmişdi ki, onda xəstəliyin simptomları müşahidə olunmur və o özünü yaxşı hiss edir. Dekabrın əvvəlində Dlamininin vəziyyəti kəskin şəkildə pisləşib və qonşu ölkə Cənubi Afrika Respublikasında (CAR) xəstəxanaya yerləşdirilib. O, iki həftə xəstəxanada qalandan sonra vəfat edib.