QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nikol Paşinyan: Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazımdır

Ermənistan baş naziri Nikol Paşinyan müharibə ilə bağlı istintaq komissiyası yaratmağa, xalq məhkəməsi qarşısına çıxmağa hazır olduğunu, lakin istefa verməyəcəyini deyib.
Sputnik

BAKI, 13 dekabr - Sputnik. Təmas nöqtələri tapmağa çalışaraq Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazımdır.

Sputnik Azərbaycan-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.

O, müharibə ilə bağlı istintaq komissiyası yaratmağa, xalq məhkəməsi qarşısına çıxmağa hazır olduğunu, lakin istefa verməyəcəyini deyib.

İclasda Paşinyana sual verilib ki, "niyə düşmənin informasiya hücumlarına reaksiya vermir?". Paşinyan cavabında müəyyən dəyişikliklərin baş verdiyini, azərbaycanlıların indi daha güclü olduqlarını, buna görə də bu vəziyyətlə barışmaq məcburiyyətində qaldığını söyləyib.