FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dünyada nələr baş verib - həftənin şəkilləri

Sputnik

Yola saldığımız həftə müxtəlif hadisələrlə zəngin olub. Azərbaycanda İkinci Qarabağ Müharibəsində qazanılmış qələbə "Zəfər paradı" ilə müşayiət olunub. Bakıdakı Azadlıq meydanından Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçi dəstələri, hərbi texnika kolonları keçib, parad hərbi gəmilər və təyyarələr tərəfindən dəstəklənib. 

Keçən həftə Venesiya fəlakətlərin məngənəsində idi, fırtına səbəbindən bir çox küçə su altında qaldı. Tarixi binalar suya qərq oldu, misilsiz sənət əsərləri zədələndi.

Fransadakı etiraz aksiyalarında 26 mindən çox adam iştirak etdi, onlardan beş min nəfəri Paris küçələrinə çıxdı. Ardıcıl olaraq dördüncü şənbə günü fransızlar "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin maddəsinə etiraz edirlər.

Keçən həftə dünyanın necə yaşadığını bir daha xatırlamaq üçün sizi dünyanın müxtəlif yerlərindən toplanan fotoşəkillərə baxmağa dəvət edirik. Dünya xəbər agentliklərinin fotomüxbirləri tərəfindən çəkilən unudulmaz hadisələr, eyni zamanda duyğulu anlar - Sputnik Azərbaycan-ın həftəlik fotokolleksiyasında.

 

1 / 25
Bakıda keçirilən Zəfər paradı
2 / 25
Uşaqlar keçmiş efiopiyalı qaçqınların tikdikləri kilsənin yanında. Sudan
3 / 25
San-Dieqo balet məktəbinin şagirdləri tamaşa zamanı
4 / 25
Kişi Seuldakı Sejong theatre-nin pilləkənində
5 / 25
Qruntla dolu kapsulun Yerə qayıtması. Avstraliya
6 / 25
ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə
7 / 25
Madriddə antihökumət aksiyasının iştirakçıları
8 / 25
Venesiyanın San-Marko meydanı
9 / 25
Rio-de-Janeyro, kanat yolu və Santa-Klaus
10 / 25
Boliviyalı çolitas güləşçiləri
11 / 25
Nayrobidə Iron Fit Bodybuilding yarışından əvvəl idmançı
12 / 25
Vyetnamdakı Truong Son əzabkeşlər qəbiristanlığı
13 / 25
Qadın Varşavada Visla sahilində meydana gəlmiş metal monoiltin yanında
14 / 25
Texas ştatında, Boka-Çikada sınaq uçuşu zamanı SpaceX şirkətinin ilk superağır Starship SN8 raketinin partlayışı
15 / 25
Amerikalı idmançı Den Qeyblın nəvəsi babası Ağ evdə çıxış edərkən
16 / 25
Santyaqoda nümayişçilər hökumət əleyhinə aksiyada
17 / 25
Çinin Uhan şəhəri koronavirus epidemiyasının yayılmağa başlamasından bir il sonra
18 / 25
İstanbulda rəssam Sayna Süleymanpur etiraz zamanı
19 / 25
İtaliyada Müqəddəs Fransisk kilsəsi yaxınlığına keşiş və tibb bacısı fiquru
20 / 25
Frankfurtda qarlı meşə arasından keçən avtomobil
21 / 25
Kuklalı qız Braziliyada etiraz aksiyası zamanı
22 / 25
Almaniyada Müqəddəs Nikolay marafonu zamanı Santa-Klaus geyimindəki iştirakçılar
23 / 25
Böyük Britaniyanın baş naziri Boris Conson
24 / 25
Praqada Müqəddəs Nikolay Günü qeyd olunur
25 / 25
Parisdə kütləvi etiraz aksiyaları