MƏDƏNİYYƏT

Harrison Ford yenidən İndiana Cons rolunu canlandıracaq

Yeni filmin rejissoru Ceyms Menqold olacaq. Hollivud aktyoru Harrison Ford filmindəki macəraçı İndiana Cons rolunu 2022-ci ilin iyul ayında yenidən təqdim edəcək
Sputnik

BAKI, 13 dekabr — Sputnik. Hollivud aktyoru, 78 yaşlı Harrison Ford sonuncu və beşinci dəfə macəraçı İndiana Cons rolunu oynayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Disney" səhmdarlar üçün onlayn təqdimat zamanı elan edib.

Yeni filmin rejissoru Ceyms Menqold olacaq. Hollivud aktyoru Harrison Ford filmindəki macəraçı İndiana Cons rolunu 2022-ci ilin iyul ayında yenidən təqdim edəcək.