CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanda COVID-19-a yoluxmada rekord qeydə alınıb

Ötən sutka ərzində Ermənistanda daha 24 nəfər ölüb və bununla da koronaviursa yoluxma nəticəsində ölənlərin sayı 2 486 nəfərə çatıb.
Sputnik

BAKI, 13 dekabr - Sputnik. Ermənistanda ötən sutka ərzində daha 1013 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Sputnik Ermənistan-ın verdiyi xəbərə görə, bununla da ölkədə COVİD-19-a yoluxanların sayı 148 325 nəfərə çatıb.

Ötən sutka ərzində daha 24 nəfər ölüb və bununla da koronaviursa yoluxma nəticəsində ölənlərin sayı 2 486 nəfərə çatıb.

Koronavirusa yoluxan, ancaq digər səbəblərdən isə sutka ərzində 2 nəfər ölüb. İndiyə qədər Ermənistanda koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı isə 617 nəfərdir.