Azərbaycanlıları Avropadan deportasiya edirlər

Azərbaycanlıların Avropa ölkələrindən çıxarılmalarına səbəb gizli yaşama, miqrasiya orqanlarından yayınmaq olub.
Sputnik

BAKI, 13 dekabr - Sputnik. Danimarkanın paytaxtı Kopenhagendə yaşayan azərbaycanlı ailə miqrasiya qanunvericiliyini ciddi şəkildə pozduğu üçün deportasiya edilib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Ukrayna vətəndaşı, əslən Ermənistanın Amasiya rayonundan olan azərbaycanlı Ataş Qasımov həyat yoldaşı və iki övladı ilə birlikdə bu ölkədən çıxarılıb. 

Almaniyanın Köln və Hannover şəhərlərindən isə 1-i Azərbaycan, 1-i Rusiya və 5-i Gücüstan vətəndaşı olmaqla, ümumilikdə 7 azərbaycanlı deportasiya olunub. Onların ölkədən çıxarılmalarına səbəb gizli yaşama, miqrasiya orqanlarından yayınmaq olub.