RUSİYA

Ərdoğandan ABŞ-ın S-400-lərlə bağlı Türkiyəyə sanksiya tətbiq etmək planına sərt reaksiya

Vaşinqton yaxın günlərdə Ankaranın Rusiya S-400-lərini alması səbəbilə Türkiyə Müdafiə Sənayesi Katibliyinə və onun rəhbəri İsmail Dəmirə qarşı məhdudiyyətlər elan edə bilər.
Sputnik

BAKI, 12 dekabr - Sputnik. ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar, NATO-nun vacib bir ortağına hörmətsizlikdir.

Sputnik Azərbaycan Hürriyyət-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Reuters öz mənbələrinə istinadla bildirib ki, Vaşinqton yaxın günlərdə Ankaranın Rusiya S-400-lərini alması səbəbilə Türkiyə Müdafiə Sənayesi Katibliyinə və onun rəhbəri İsmail Dəmirə qarşı məhdudiyyətlər elan edə bilər.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya S-400 hava müdafiə sistemlərinin tədarükü keçən ilin iyul ayının ortalarında başlayıb. Vaşinqton, Türkiyəni ona F-35 qırıcılarının satışını təxirə salacağı və ya ləğv edəcəyi, CAATSA (Sanksiyalar aktı ilə Amerikanın düşmənlərinə qarşı mübarizə) aktına uyğun olaraq ona qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələyərək müqavilədən imtina etməsini və bunun qarşılığında Amerikan Patriot sistemlərini almasını tələb edib.

Ankara isə güzəştlərdən imtina edib və əlavə S-400 partiyası ilə bağlı danışıqları davam etdirib.