BAKI, 12 dekabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların (PHS) təmizləmə işlərini davam etdirir.
Sputnik Azərbaycan xəbər verir ki, agentlik özünün twitter hesabından Xocavənd rayonunun Böyük Tağlar kəndinin fotolarını paylaşıb.