CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərtləşdirilmiş karantin rejimi vaxtı avtomobil üçün icazə lazımdır?

Xüsusi karantin rejimi dövründə “icaze.e-gov.az” portalında qeydiyatda keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsindən istifadə edə bilər.
Sputnik

BAKI, 12 dekabr - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) müvafiq icazəsi olan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə “icaze.e-gov.az” portalında qeydiyatda keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsindən istifadə edə bilər.

Bunun üçün əlavə icazə almaq tələb olunmur. Müvafiq icazəsi olmayan şəxslərin isə həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət daşıyır.