BAKI, 12 dekabr — Sputnik. Prezident İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar "Facebook" səhifəsində paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda bildirilir:
"Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir".