RUSİYA

Populyar sovet aktyoru vəfat etdi

Valentin Qaft 1956-cı ildə kinoda "Dante küçəsində qətl" filmindəki rolu ilə debüt edib. "Qaraj", "Ustad və Marqarita", "Cazibə" və sairə filmlərdə yaddaqalan rollara imza atıb.
Sputnik

BAKI, 12 dekabr - Sputnik. Məşhur sovet aktyoru Valentin Qaft 86 yaşında vəfat edib. Bu barədə onun həyat yoldaşı Olqa Ostroumova məlumat verib. Məlumatı artistin 1969-cu ildən işlədiyi "Sovremennik" teatrında da təsdiq ediblər.

2019-cu ilin yayında Qaft insult keçirmişdi.

Valentin Qaft 1956-cı ildə kinoda "Dante küçəsində qətl" filmindəki rolu ilə debüt edib. "Qaraj", "Ustad və Marqarita", "Cazibə" və sairə filmlərdə yaddaqalan rollara imza atıb.