CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı qeydiyyatlı şəxslərin paytaxta qayıtmaları ilə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi Bakıda qeydiyyatda olan şəxslərin paytaxta qayıtmaları ilə bağlı açıqlama yayıb.
Sputnik

BAKI, 12 dekabr - Sputnik. Sərtləşdirilmiş karantinlə bağlı 14 dekabrdan etibarən respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qayıtmaları ilə məsələyə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, respublikanın şəhər və rayonlarına gedən Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər yalnız  öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər.