Azərbaycanda hərbi vəziyyət ləğv olundu

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilib.
Sputnik

BAKI, 12 dekabr - Sputnik. Bu andan etibarən Azərbaycanda hərbi vəziyyət ləğv olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilib.