SƏHİYYƏ

Harmancı: “Azərbaycanda yoluxma belə davam edərsə, səhiyyə bu yükün altından qalxmayacaq”

ÜST nümayəndəsi: "Hər kəsin özünü qoruması lazımdır. Xüsusən qış aylarında bütün gigiyenik qaydalara əməl edilməsi çox önəmlidir".
Sputnik

BAKI, 12 dekabr - Sputnik. “Özümüzə diqqət etməsək səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək”.

APA-nın məlumatına görə, bunun Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ən birinci vasitə qorunmaq və gigiyenik qaydalara əməl edilməsidir.

“Bilirsiniz ki, Azərbaycanda koronavirusa yoluxma artır. Hər kəsin olduqca diqqət etməsi lazımdır. Artım bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından qalxa bilməyəcək. Dünya səhiyyə sistemi belə artan xəstələrin yükünü qaldırmaqda çətinlik çəkər. Hər kəsin özünü qoruması lazımdır. Xüsusən qış aylarında bütün gigiyenik qaydalara əməl edilməsi çox önəmlidir. Düzdür, son 10 gündə yoluxma sayında kiçik də olsa, azalma müşahidə olunur. Ümid edirik ki, karantin rejiminin tətbiqi ilə vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə H.Harmancı qeyd edib.