SƏHİYYƏ

ÜST Hindistanda yayılan xəstəliyi araşdırır

İlkin versiyaya görə, qurğuşun və nikel zəhərlənməsi xəstəliyin səbəbi ola bilər. BBC News xəbər verir ki, bu maddələr xəstələrin qanında tapılıb.
Sputnik

BAKI, 11 dekabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda ortaya çıxmış naməlum xəstəliyi araşdıracaq.

Sputnik Azərbaycan xəbər verir ki, ÜST mütəxəssisləri buna görə 600 nəfərin yoluxduğu Eluru şəhərinə gediblər.

Həkimlər xəstələrin qan və sidik nümunələrini yoxlayacaq və qidalanmalarını araşdıracaqlar. Xatırladaq ki, keçən həftə Hindistanda bilinməyən bir xəstəlik meydana çıxıb.

Xəstəliyə yoluxan insanlar şiddətli baş ağrısı, başgicəllənmə və ürək bulanması, həmçinin epileptik tutmalar və yaddaş itkisindən şikayətlənirlər.

593 nəfər tibbi yardım üçün müraciət edib, onlardan biri ölüb. Xəstələrdə koronavirus testləri də pozitiv çıxıb.

İlkin versiyaya görə, qurğuşun və nikel zəhərlənməsi xəstəliyin səbəbi ola bilər. BBC News xəbər verir ki, bu maddələr xəstələrin qanında tapılıb.