İQTİSADİYYAT

"Ən çox qazanan Ermənistan olacaq" – Ərdoğan

"Üzərində işlədiyimiz 6-lı platforma hamı üçün "win-win" (qazan-qazan) imkanı təmin edəcək təşəbbüsdür. Ermənistan da bu prosesə qatılar və müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açıla bilər"
Sputnik

BAKI, 11 dekabr — Sputnik. Qarabağ zəfəri Qafqaz tarixində yeni səhifə açıb. İnanıram ki, bölgənin tarixi yeni bir istiqamətdə formalaşacaq. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Üzərində işlədiyimiz 6-lı platforma hamı üçün "win-win" (qazan-qazan) imkanı təmin edəcək təşəbbüsdür. Ermənistan da bu prosesə qatılar və müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açıla bilər. Yeni imkanlar olacağı təqdirdə, şübhəsiz, bu məsələdə Ermənistanın da ciddi qazancı olacaq. Bundan ən çox qazanan Ermənistan olacaq", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.