Etirazçılar Paşinyana görə Yerevan - Sevan yolunu bağladılar

Paralel olaraq paytaxtda da etiraz aksiyası keçirilir. Bir neçə yürüşün iştirakçıları Yerevan mərkəzində toplaşırlar
Sputnik

BAKI, 11 dekabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət təmsilçiləri Yerevan - Sevan yolunu bağlayıblar. Bu barədə Sputnik Azərbaycan "News.am"a istinadən xəbər verir.

Ermənistan polisi hərəkəti bərpa etməyə çalışır.

Paralel olaraq paytaxtda da etiraz aksiyası keçirilir. Bir neçə yürüşün iştirakçıları Yerevan mərkəzində toplaşırlar.