Ermənistanda azərbaycanlı saxlanılıb – İDDİA

Qeyd olunur ki, həmin şəxs Ermənistan MTX-nın əməkdaşları tərəfindən saxlanılıb. İnsidentin digər təfərrüatları açıqlanmır
Sputnik

BAKI, 11 dekabr — Sputnik. Ermənistanın Tavuş vilayətinin Berdavan kəndində azərbaycanlı saxlanılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Qeyd olunur ki, həmin şəxs Ermənistan MTX-nın əməkdaşları tərəfindən saxlanılıb.

"Bizə şəxsin Ermənistan dövlət sərhədini keçməsinə dair operativ məlumat daxil oldu. Axtarış zamanı o tapılıb və saxlanılıb", - deyə məlumatda bildirilir.

İnsidentin digər təfərrüatı açıqlanmır.