QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğan Qarabağ müharibəsi haqda: "Bu 44 günün pərdəarxası..."

"Qarabağ zəfərini gətirən 44 günlük mübarizə zamanı biz anbaan Azərbaycanın yanında olduq. Mən davamlı olaraq vəziyyəti şəxsən izlədim. Başda xarici işlər naziri, müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatı olmaqla dostlarım əlaqələri daima saxladılar"
Sputnik

BAKI, 11 dekabr — Sputnik. Qarabağ Zəfəri Türkiyə-Azərbaycan münasibətlərində bir dönüş nöqtəsidir. "Tək millət, iki dövlət" ifadəsi Azərbaycanla münasibətlərimizin təməl fəlsəfəsidir. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Qarabağ zəfərini gətirən 44 günlük mübarizə zamanı biz anbaan Azərbaycanın yanında olduq. Mən davamlı olaraq vəziyyəti şəxsən izlədim. Başda xarici işlər naziri, müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatı olmaqla dostlarım əlaqələri daima saxladılar", - deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti, həmçinin qeyd edib ki, azərbaycanlı həmkarı İlham Əliyevlə daima telefon əlaqəsində olub: "Dostlarımız davamlı şəkildə meydanda və masada mübarizə apardılar. Bu 44 günün pərdəarxası, əminəm, yazılacaq. Zaman bu işin çox ciddi şahidi olacaq".