BAKI, 11 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,49 dollar artaraq 51,70 dollar təşkil edib.
“Brent” markalı neftin bir barelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 50,21 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar artaraq 46,80 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.