CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir

Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq
Sputnik

BAKI, 11 dekabr — Sputnik. Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Sputnik Azərbaycan xəbər verir ki, Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.