QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Pakistan işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına dəstək verməyə hazırdır

Səfir: "Pakistan hökuməti tərəfindən qardaş Azərbaycan xalqı üçün təyyarə ilə göndərilən yardımı yerli hakimiyyət orqanlarına təhvil verib".
Sputnik

BAKI, 11 dekabr - Sputnik. Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee özünün Twitter hesabında paylaşıb. 

Səfir əlavə edib ki, Pakistan hökuməti tərəfindən qardaş Azərbaycan xalqı üçün təyyarə ilə göndərilən yardımı yerli hakimiyyət orqanlarına təhvil verib.

Pakistanla Azərbaycan arasında güclü dostluq münasibətlərinin olduğuna diqqət çəkən səfir, bundan qurur duyduğunu ifadə edib.