CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı sərgi açılıb

Virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablar, məqalələr, fotolar nümayiş olunur
Sputnik

BAKI, 11 dekabr — Sputnik. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Ulu Öndərin həyat yolunu özündə əks etdirən "12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür" adlı virtual sərgi hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablar, məqalələr, fotolar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.