İQTİSADİYYAT

Hesablama Palatasına sədr təyin olunub

İclasda Vüqar Tapdıq oğlu Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda Vüqar Tapdıq oğlu Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb.

Müzakirələrdən sonra məsələ səsə qoyulub və Vüqar Gülməmmədovun yenidən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verilib.