“Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlillərinin sosial təminatının daha da gücləndirilməsini sosial siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur:
“Bütün bunlar ilə yanaşı, mənzil təminatı daxil olmaqla fərqli dəstək mexanizmləri icra olunmaqdadır. Şəhid və şəhid ailələrinə xərclənən vəsait icra hakimiyyətlərinin büdcəsindən, pensiya və müavinətlərə çəkilən xərclər isə Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilir. Hazırda müharibə əlilləri üçün 12 birbaşa və təşviqedici güzəştlər mexanizmi icra olunmaqdadır. Eyni zamanda, müharibə əlilləri üçün pulsuz tibbi müalicə daxil olmaqla fərqli dəstək proqramları icra olunmaqdadır”.
Vüqar Bayramovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz