Bu gün Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq olub.
Atəşfəşanlıq Vətən müharibəsində qələbə münasibətilə təşkil olunub.
Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydaları və komendant saatı nəzərə alınaraq, Bakı sakinləri atəşfəşanlığın keçirildiyi əraziyə dəvət edilməyib.
Qeyd edək ki, bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsindəki qələbəyə həsr olunan Zəfər paradı keçirilib.