MƏDƏNİYYƏT

Türkiyənin məşhur aktrisası Azərbaycanın xalq mahnısını ifa etdi - VİDEO

Verilişə qonaq olan aktrisa Qonca Vuslateri Azərbaycanın xalq mahnısı "Küçələrə su səpmişəm"i ifa edib. Aktrisanın bu ifası sosial mediada gündəm olub.
Sputnik

BAKI, 10 dekabr — Sputnik. İbrahim Tatlısəsin aparıcılığı ilə hər şənbə günü yayımlanan "İbo şou"da bu həftə olanlar hər kəsi təəccübləndirib.

Sputnik Azərbaycan xəbər verir ki, verilişə qonaq olan aktrisa Qonca Vuslateri Azərbaycanın xalq mahnısı "Küçələrə su səpmişəm"i ifa edib. Aktrisanın bu ifası sosial mediada gündəm olub.