Türkiyənin Müdafiə Nazirliyi "Qələbə paradı" ilə bağlı videoçarx hazırlayıb

Türkiyənin Müdafiə Nazirliyi: Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq.
Sputnik

BAKI, 10 dekabr — Sputnik. Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər münasibətilə bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paradla bağlı hazırlanan videoçarx nazirliyin Twitter səhifəsində yerləşdirilib.

"Bir Vətən Hərəkatı"nı uğurla icra edən və Qarabağda böyük Zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik", - paylaşımda qeyd olunub.