Azərbaycanla Türkiyə arasındakı böyük maneələrdən biri qaldırıldı

İki ölkənin XİN başçılarının imzaladıqları protokol qardaş dövlətlərin vətəndaşları üçün böyük imkanlar açır.
Sputnik

BAKI, 10 dekabr - Sputnik. Yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında iki ölkə vətəndaşları sadəcə şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında bu barədə məlumat verib.

O bildirib ki, müvafiq razılaşma Bakıda imzalanmış protokola əsasən əldə edilib. Protokol Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu arasında imzalanıb.