CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq icra başçısı bir neçə ay həbsdə qalacaq

Məhkəmə prosesində təqdimat təmin edilib, N.Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Sputnik

BAKI, 9 dekabr - Sputnik. Bu gün Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, N. Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.