CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın rəsmi şəxsləri qarşılayıblar
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.