TƏHLİL

Politoloq: “Bayden Ağ Evə gəldikdən sonra praktiki addımlar atmalıdır”

Politoloq Fikrət Sadıxov deyir ki, demokratlar demokratik dəyərlər, insan hüquqları və milli azlıqlarla bağlı məsələlərə daha çox üstünlük verirlər
Sputnik

“Respublikaçılar partiyası münaqişələrə yanaşmada daha praqmatik siyasət aparır”. Bunu Sputnik Azərbaycan-a ABŞ-ın yeni prezidentinin Qafqaz siyasəti ilə bağlı danışarkən politoloq Fikrət Sadıxov deyib.

Politoloq qeyd edib ki, Trampın apardığı siyasət bunun təsdiqi idi:

“Demokratlar demokratik dəyərlər, insan hüquqları və milli azlıqlarla bağlı məsələlərə daha çox üstünlük verir. Amma bu heç də o demək deyil ki, Co Bayden prezidentlik fəaliyyətinə başladıqdan sonra da seçki kampaniyasında səsləndirdiyi fikirləri yenidən bəyan edəcək. Yeni seçilmiş prezident başa düşməlidir ki, Azərbaycanla ABŞ arasında strateji partnyorluq münasibətləri var və bu ölkə həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Düşünürəm ki, Bayden Ağ Evə gəldikdən sonra münasibətlərimizin inkişafı üçün bir sıra praktiki addımlar atmalıdır”.

Qeyd edək ki, ABŞ-da ötən ay keçirilən prezident seçkilərində Demokratlar Partiyasından prezidetliyə namizəd Co Bayden qalib gəlib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz