BAKI, 9 dekabr - Sputnik. Üç hərbçimiz Milli Qəhrəman adına layiq görülüb. Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:
Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)
Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)
Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş".