QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Laçın rayonu əhalisinin siyahıya alınmasına başlanılıb

İcra Hakimiyyəti: Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir.
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Laçın rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, icra hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır:

"Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır".

İcra Hakimiyyətindən qeyd ediblər ki, artıq Laçın şəhərinin girişi üçün xüsusi lövhə də hazırlanıb: "Yaxın günlərdə lövhə Laçın şəhərinin girişində, Laçın dəhlizində yerləşdiriləcək".

Laçın rayonu əhalisinin siyahıya alınmasına başlanılıb